"Əsgərlərimizi Türkiyə-Suriya sərhədində 50 il saxlaya bilmərik" "Əsgərlərimizi Türkiyə-Suriya sərhədində 50 il saxlaya bilmərik"
  • Qərb
  • 13 Oktyabr 2019 14:29
  •  2 095

Tramp PKK-ya səsləndi: "Türkiyə-Suriya sərhədindən 30 km geri çəkilin"

"Əsgərlərimizi Türkiyə-Suriya sərhədində 50 il saxlaya bilmərik"

ABŞ Prezidenti Donald Tramp PKK/YPG terror təşkilatını Türkiyə-Suriya sərhədindən 22 mil (30 km) məsafəyə qədər geri çəkilməyə çağırıb.

D. Tramp deyib ki, YPG də sərhəddən 22 mil geri çəkilməyə meyllidir və bu, yaxşı bir şeydir.

ABŞ Prezidenti YPG-nin hərbi hava qüvvələrinə malik Türkiyə ilə mübarizə aparmasının mümkünsüz olduğunu vurğulayıb. D. Tramp ABŞ əsgərlərinin Türkiyə-Suriya sərhədi boyunca bölgələrdən geri çəkilməsinə də toxunub:

“Öz sərhədlərimizi qoruya bilmədiyimiz halda əsgərlərimizi Türkiyə-Suriya sərhədində 50 il saxlaya bilmərik. Əks qərar versəydim, desəydim ki, Türkiyə – Suriya sərhədində qalıb, Türkiyəni məğlub edəcəyik, yenə də aldığım qərara mənfi reaksiya olacaqdı”. (APA)

AzNews.az