“Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac yoxdur” - Tramp

Ağ Ev rəhbəri bildirib ki, o, Ərdoğanın noyabrda Vaşinqtona səfərinə açıqdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Bu barədə TASS xəbər verir.

Məlumata görə, ABŞ dövlət başçısı rəsmi Ankaraya qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost və xüsusiyyətləri olan yaxşı lider adlandırıb. Ağ Ev rəhbəri bildirib ki, o, Ərdoğanın noyabrda Vaşinqtona səfərinə açıqdır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.(report.az)

AzNews.az