Zəlzələnin episentri yer səthindən doqquz kilometr dərinlikdə yerləşib Zəlzələnin episentri yer səthindən doqquz kilometr dərinlikdə yerləşib
  • Qərb
  • 18 Oktyabr 2019 22:04
  •  2 474

Etna püskürdü, zəlzələ oldu

Zəlzələnin episentri yer səthindən doqquz kilometr dərinlikdə yerləşib

Cümə günü İtaliyada Etna vulkanının püskürməsi ilə müşayiət olunan seysmik fəallığın nəzərə çarpan dərəcədə artması müşahidə edilib.

Məlumata görə, 3.3 bal gücündə zəlzələ İtaliyanın Siciliya adasının şərq sahilindəki Kataniya əyalətində meydana gəlib.

Zəlzələnin episentri yer səthindən doqquz kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Milo, Zafferan Etnea və Sant`Alfio yaşayış məntəqələrində hiss edilib, qurbanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Etna Avropadakı fəaliyyətdə olan ən aktiv vulkan hesab olunur.(oxu.az)

AzNews.az