Merkel Putinlə telefonla danışdı

Onlar "Normand dördlüyü"nün sammitinin tezliklə keçirilməsinə hazırlıq məsələlərinə toxunublar

Almaniya kansleri Angela Merkel bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

AzNews.az xəbər verir ki, bu barədə TASS Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybertə istinadən məlumat verir.

Merkel və Rusiya lideri arasındakı ünsiyyət telefon zəngi çərçivəsində baş verib.

Onlar "Normand dördlüyü"nün sammitinin tezliklə keçirilməsinə hazırlıq məsələlərinə toxunublar.

Bundan başqa, Putin və Merkel Ukrayna vasitəsilə qaz tranziti mövzusunu, həmçinin Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Babək Göyüş

AzNews.az