- Qərb
- 6 Noyabr 2019 10:48
- 2 784
Serbiya prezidentindən ABŞ-ı qıcıqlandıran açıqlama - "S-400-lər olan yerdə nə ABŞ..."
Vuçiç bu rus silahının olduqca “təsirli” olduğunu qeyd edib
Serbiya prezidenti Aleksandr Vuçiç serb hakimiyyətinin Rusiyadan S-400 zenit raket kompleksləri almayacağını açıqlayıb.
Bu barədə TASS yazıb.
Vuçiç bu rus silahının olduqca “təsirli” olduğunu qeyd edib.
“Belə silahınız olanda daha heç kim sizə hücum etmir. S-400-lər olan yerdə nə ABŞ, nə də başqa ölkənin pilotları uçur”, - Vuçiç bildirib.
Onun sözlərinə görə, Serbiya magistral yolların çəkilməsi və çoxsaylı layihələr üçün böyük vəsait xərcləyir, belə olanda halda isə Belqradın S-400 almağa pulu qalmır. (Axar.az)
AzNews.az