Rula Xələf 1995-ci ildən “Financial Times”da işləyir Rula Xələf 1995-ci ildən “Financial Times”da işləyir
  • Qərb
  • 12 Noyabr 2019 23:11
  •  2 109

Məşhur qəzetə qadın rəhbərlik edəcək

Rula Xələf 1995-ci ildən “Financial Times”da işləyir

“Financial Times”ın 24 illik işçisi Rula Xələf qəzetin baş redaktoru postuna keçəcək.

Xələf 15 illik baş redaktor Layonel Barberi əvəz edəcək. Barber növbəti ilin əvvəlindən vəzifəsindən gedəcək.

Qeyd edək ki, Rula Xələf 1995-ci ildən “Financial Times”da işləyir. 2016-cı ildə baş redaktorun müavini təyin olunub. Qəzetin məxsus olduğu “Nikkei” media şirkətinin rəhbəri Tsuneo Kita Rula Xələfin işinin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib.(qafqazinfo.az)

AzNews.az