Palatada çoxluq təşkil etmək üçün bir partiya 325-dən çox yer qazanmalıdır Palatada çoxluq təşkil etmək üçün bir partiya 325-dən çox yer qazanmalıdır
  • Qərb
  • 13 Dekabr 2019 08:43
  •  3 030

Britaniyada parlament seçkilərində “exit poll”un nəticələri açıqlandı

Palatada çoxluq təşkil etmək üçün bir partiya 325-dən çox yer qazanmalıdır

Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə “exit-poll”un nəticələri açıqlanıb. Nəticələrə görə Mühafizəkarlar partiyası daha çox səs toplayıb.

Seçkilərdə Mühafizəkarlar, Leyboristlər, Yaşıllar, Liberal Demokratlar, Pleyd Kamri- Uels Partiyası, Brexit və Şotlandiya Milli Partiyaları mübarizə aparıb.

Açıqlanan nəticələrə əsasən Mühafizəkarlar Partiyası 368, Leyboristlər 191, Şotlandiya Milli Partiyası 55, Liberal Demokrat Partiyası 13, Pleyd Kamri 3, Yaşıllar Partiyası 1, digər partiyalar isə 19 nəfərlə təmsil olunacaq.

Qeyd edək ki, Palatada çoxluq təşkil etmək üçün bir partiya 325-dən çox yer qazanmalıdır.

AzNews.az