Qasırğa Fransanın 12 departamentini əhatə edib Qasırğa Fransanın 12 departamentini əhatə edib
  • Qərb
  • 13 Dekabr 2019 21:30
  •  3 017

Qasırğa Fransada 170 mindən çox evi işıqsız qoydu

Qasırğa Fransanın 12 departamentini əhatə edib

Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb.

Ötən gecədən bəri tüğyan edən qasırğa Fransanın 12 departamentini əhatə edib.

Həmin departamentlərdə “narıncı” təhlükə səviyyəsi elan olunub.

Averon departamentində isə küləyin sürəti saniyədə 40 metrə çatıb.

Sinoptiklərin proqnozlarına əsasən, kəskin hava şəraiti bu gün də davam edəcək.(trend.az)

AzNews.az