11 departamentdə “narıncı” təhlükəsizlik səviyyəsi elan edilib 11 departamentdə “narıncı” təhlükəsizlik səviyyəsi elan edilib
  • Qərb
  • 15 Dekabr 2019 15:28
  •  2 629

Fransada iki nəfər güclü külək və yağışların qurbanı oldu

11 departamentdə “narıncı” təhlükəsizlik səviyyəsi elan edilib

Dekabrın 14-də güclü külək səbəbindən Fransada 40 mindən çox ev elektrik enerjisindən məhrum olub.

“Alman dalğası”nın verdiyi məlumata görə, 11 departamentdə “narıncı” təhlükəsizlik səviyyəsi elan edilib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 2 min mütəxəssis cəlb edilib, artıq 15 min evə elektrik enerjisinin verilməsi təmin olunub.

Fransa mətbuatı əlverişsiz hava şəraitinin Yeni Akvitaniyada ən azı 2 nəfərin ölümünə səbəb olduğunu yazıb. 5 nəfər isə ağacın avtomobilin üzərinə aşması nəticəsində xəsarət alıb.

Bundan əlavə, torpaq sürüşməsi və subasma nəticəsində Atlantik Piriney departamentində Qurett və Artust kurort bölgələrinə gedən dağ yolu müvəqqəti bağlanıb. Bir çox rayonlara saat ərzində 30 sm yağış düşüb.(apa.az)

AzNews.az