İttiham aktı məhkəməyə təqdim olunacaq və ABŞ Ali Məhkəməsi qərarını verəcək İttiham aktı məhkəməyə təqdim olunacaq və ABŞ Ali Məhkəməsi qərarını verəcək
  • Qərb
  • 19 Dekabr 2019 09:05
  •  3 528

Nümayəndələr palatası Trampa qarşı impiçment ittihamlarını təsdiqlədi

İttiham aktı məhkəməyə təqdim olunacaq və ABŞ Ali Məhkəməsi qərarını verəcək

ABŞ Konqresinin Nümayəndələr palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə səs verib.

TASS agentliyinə istinadla xəbər verili ki, təxminən 6 saat davam edən müzakirələrdən sonra 230 konqresmen birinci maddənin - Amerika administrasiyasının hazırkı rəhbərinin vəzifədən sui-istifadəsinin lehinə, 197-si əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Həmçinin 229 konqresmen ikinci maddə - konqresin təhqiqatına maneə olmaq maddəsi üzrə səs verib, 198-i buna qarşı çıxıb, bir nəfər bitərəfliyini qoruyub.

Bundan sonra ittiham aktı məhkəməyə təqdim olunacaq və ABŞ Ali Məhkəməsi qərarını verəcək. Nümayəndələr Palatası bu prosesdə ittihamçı qismində iştirak edir.

AzNews.az