Bu gün 10 TGV sürət qatarından 6-sı işləyir Bu gün 10 TGV sürət qatarından 6-sı işləyir
  • Qərb
  • 28 Dekabr 2019 19:48
  •  4 113

Fransada nəqliyyat işçiləri tətil edirlər

Bu gün 10 TGV sürət qatarından 6-sı işləyir

Fransada Yeni il bayramlarının yaxınlaşmasına baxmayaraq, ictimai nəqliyyat işçilərinin tətili davam edir.

“İnterfax” xəbər verir ki, bu gün 10 TGV sürət qatarından 6-sı işləyir.

Paris metrosunun altı xətti bütövlüklə, 7 xətti qismən fəaliyyətini dondurub, yalnız avtomatik çalışan iki xətti normal rejimdə çalışır. Paytaxtın tramvay xətləri də tətildə iştirak edir. Parisin ətraf ərazisindəki nəqliyyat sistemində də axsamalar yaranıb.

Nəqliyyat naziri Elizabet Born əvvəlki tətillərin daha ciddi çətinliklər yaratdığını, bu dəfə vəziyyətin nisbətən məqbul olduğunu bildirib.

Xatırladaq ki, bir neçə həftədir həmkarlar ittifaqlarının təşəbbüsü ilə Fransa hökumətinin hazırladığı təqaüd islahatına qarşı kütləvi etiraz aksiyaları və tətillər keçirilir.(report.az)

AzNews.az