Bu barədə Avropa Statistika İdarəsi məlumat yayıb Bu barədə Avropa Statistika İdarəsi məlumat yayıb
  • Qərb
  • 21 Fevral 2020 20:26
  •  9 577

Avropada inflyasiya sürətləndi

Bu barədə Avropa Statistika İdarəsi məlumat yayıb

Bu ilin yanvar ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya ötən ilin dekabr ayna nisbətən 0,1 faiz bəndi artaraq 1,7%-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi ("Eurostat") məlumat yayıb.

Ötən ay avrozonada illik qiymət artımı isə 0,1 faiz bəndi artaraq 1,4% təşkil edib.

Aİ ölkələri arasında inflyasiyanın ən yüksək həddi Macarıstan (4,7%), Rumıniya (3,9%), Polşa və Çexiyada (3,8%), ən aşağı həddi isə İtaliya (0,4%) və Cənubi Kiprdə (0,7%) qeydə alınıb.

Xatırladaq ki, Avropa Mərkəzi Bankının illik inflyasiya hədəfi maksimum 2%-dir.