Almaniyada koronavirus qurbanlarının sayı 8,5 minə çatıb

Son gün ərzində yoluxanlarının sayı 286 nəfər artıb

Almaniyada COVID-19-a yoluxanların sayı 181 min nəfəri ötüb.

AzNews.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı xəstəliyin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, Almaniyada ölüm hallarının sayı 8 500-ə çatıb, virusa yoluxma hallarının sayı 181 482 təşkil edir.

Son gün ərzində yoluxanlarının sayı 286 nəfər artıb, daha 11 nəfər ölüb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 46 917 nəfərin koronavirus testi müsbət olub. Şimali Reyn-Vestfaliyada 38 min sakinə və Baden-Vürtemberqdə isə 34 718 nəfərə koronavirus diaqnozu qoyulub. Berlində yoluxanların sayı 6 800 təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.