Ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir Ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir
  • Qərb
  • 2 Avqust 2020 10:48
  •  5 978

Almaniyada COVID-19-a yoluxanların sayı 209,9 minə çatır

Ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir

Son sutka ərzində Almaniyada koronavirusa 240 yoluxma qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və koronavirusla bağlı hesablamalar aparan Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 209 893 nəfərə çatıb.

Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir. Bununla yanaşı, virusa yoluxmuş təxminən 193 min insan sağalıb.