Əraziyə polis əməkdaşları cəlb edilib Əraziyə polis əməkdaşları cəlb edilib
  • Qərb
  • 6 Avqust 2020 23:11
  •  7 439

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

Əraziyə polis əməkdaşları cəlb edilib

Fransanın Havr şəhərindəki banklardan birində silahlı kişi bir neçə nəfəri girov götürüb.

AzNews.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, o, 2 saatdan çoxdur binada 5 nəfəri girov saxlayır. O, girovları azadlığa buraxmaq üçün çoxsaylı tələblər irəli sürüb. Lakin həmin tələblərin nədən ibarət olduğu açıqlanmır.

Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.