Bu barədə Belarus prezidenti bu gün seçki məntəqəsində səs verdikdən sonra bildirib Bu barədə Belarus prezidenti bu gün seçki məntəqəsində səs verdikdən sonra bildirib
  • Qərb
  • 9 Avqust 2020 18:37
  •  7 692

"Putin açıq şəkildə dedi ki..." - Lukaşenkodan şok bəyanat

Bu barədə Belarus prezidenti bu gün seçki məntəqəsində səs verdikdən sonra bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putindən ölkədə saxlanılan ruslarla bağlı faktları əks etdirən məktub alıb.

Bu barədə Belarus prezidenti bu gün seçki məntəqəsində səs verdikdən sonra bildirib.

"Bəli, mən Rusiyanı (Putinlə telefon danışığında) qardaşlıqdan tərəfdaşlıq münasibətlərinə keçdiklərinə görə məzəmmət etdim. Rusiya prezidenti açıq şəkildə dedi ki, biz sizinlə qardaşlıq münasibətləri quracağıq.

Lukaşenko bildirib ki, rusiyalıların saxlanması ilə bağlı Rusiya prezidentindən beş səhifəlik məktub alıb.

"İndi İstintaq Komitəsi bu faktları nəzərdən keçirir. Perspektivlərə gəlincə, kimsə Rusiya ilə münasibətlərimizin tamamilə pisləşəcəyini gözləyirsə, səhv edir!" - Belarus prezidenti vurğulayıb. (Teleqraf.com)