"Avropada bir çoxlarının yaşayış üçün kifayət qədər imkanı yoxdur” "Avropada bir çoxlarının yaşayış üçün kifayət qədər imkanı yoxdur”
  • Qərb
  • 16 Sentyabr 2020 19:54
  •  8 380

Aİ-də minimum əməkhaqqı tətbiq edilə bilər

"Avropada bir çoxlarının yaşayış üçün kifayət qədər imkanı yoxdur”

“Koronavirus pandemiyasının yaratdığı böhran fonunda 2020-ci ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrinin ÜDM-indəki ümumi azalma illik müqayisədə 12% təşkil edib”.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Avropa İttifaqındakı işlərin vəziyyətinə dair illik çıxışı zamanı deyib.

Onun sözlərinə görə, böhran həm də Aİ-də minimum əməkhaqqının tətbiq edilməsinin zəruri olduğunu göstərib: “Çünki Avropada bir çoxlarının yaşayış üçün kifayət qədər imkanı yoxdur”.