Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib
  • Qərb
  • 19 Yanvar 2021 21:27
  •  4 817

Trampın adı sanksiyalar siyahısında

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib

İran hakimiyyəti ABŞ administrasiyasının bir neçə yüksək səviyyəli nümayəndəsinin adını sanksiyalar siyahısına əlavə edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib.

O bildirib ki, İran ABŞ-ın hazırkı prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo, sabiq müdafiə naziri Mark Esper, hazırda müdafiə nazirinin vəzifəsini icra edən Kristofer Miller, maliyyə naziri Stiven Mnuçin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel, prezidentin Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Bolton, ABŞ prezidentinin İran üzrə sabiq xüsusi elçisi Brayn Huk və hazırkı xüsusi elçi Elliot Abrams, ABŞ Xəzinəsinin Xarici Aktivlərə Nəzarət Ofisinin rəhbəri Andrea Hakiyə qarşı sanksiyalar tətbiq edib.