• Qərb
  • 21 Yanvar 23:08
  •  3 183

“Pandemiya əsrin fəlakətidir” - Merkel

Son vaxtlar Almaniyada hər gün min nəfərədək şəxs koronavirusdan vəfat edib

"Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub".

AzNews.az "TASS"a istinadla xəbər verir ki, bunu ölkə kansleri Angela Merkel bəyan edib. O, bildirib ki, hazırda başlıca təhlükə virusun müxtəlif mutasiyalarıdır.

“Hazırda Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub. Lakin gərginlik getdikcə azalır. Yeni yoluxanların və intensiv terapiya şöbələrində olanların sayında da azalma var”, -deyə kansler bildirib.

O xatırladıb ki, son vaxtlar Almaniyada hər gün min nəfərədək şəxs koronavirusdan vəfat edib. Bu səbəbdən də pandemiyanı əsrin fəlakəti hesab etmək olar.

Qeyd edək ki, hazırda Almaniyada ikinci sərt karantin rejimi qüvvədədir. Ərzaq mağazaları istisna olmaqla, demək olar ki, bütün obyektlər bağlıdır.