Ehtimal ki, aysberqin yalnız görünən tərəfidir Ehtimal ki, aysberqin yalnız görünən tərəfidir
  • Qərb
  • 28 Yanvar 2021 15:29
  •  11 189

Respublikaçılar Partiyasını 30 mindən çox insan tərk edib

Ehtimal ki, aysberqin yalnız görünən tərəfidir

Yanvarın 6-da Konqres binası yaxınlığında baş vermiş iğtişaşlardan sonra Respublikaçılar Partiyasının üzvü kimi qeydiyyatdan keçmiş 30 mindən çox amerikalı siyasi baxışlarını dəyişərək partiya sıralarından ayrılıb.

AzNews.az xəbər verir ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Çərşənbə günü “The Hill” qəzeti yazıb ki, belə görünməmiş hal prezidentlik yarışında məğlub olduqdan sonra və Konqresin Senatında çoxluq əldə etmək üçün mübarizə aparılarkən respublikaçılar üçün növbəti hərəkətlərini müəyyənləşdirmək baxımından problemlər yarada bilər.

“Amma, bu, ehtimal ki, aysberqin yalnız görünən tərəfidir. Çünki 30 min insan barədə məlumat həftəlik seçici qeydiyyatlarının və partiyalarını dəyişdirən vətəndaşların hesabatlarının verildiyi yalnız bir neçə ştatda yaşayır", - yazıda deyilir.

Məsələn, yanvar ayının əvvəllərindən bəri Pensilvaniyada qeydiyyatdan keçən 10 minə yaxın seçici Respublikaçılar Partiyası ilə əlaqələrini kəsib. Onların üçdə biri Demokratlar Partiyasının sıralarına qoşulub, qalanları başqa partiyalara üzv olublar və ya siyasi bitərəf qalmağa üstünlük veriblər. Eyni zamanda, bu ştatda Demokratların təxminən üçdə biri (2 min) Respublikaçılara qatılıb. Şimali Karolinada 6 min, Arizonada isə 5 min nəfər Respublikaçılar Partiyasının sıralarında olmaqdan imtina edib.