Dan Yankunun Azərbaycandakı diplomatik missiyasını başa vurmaqdadır Dan Yankunun Azərbaycandakı diplomatik missiyasını başa vurmaqdadır
  • Qərb
  • 8 Mart 2021 16:46
  •  8 511

Rumıniya XİN Azərbaycandakı səfir namizədinin adını açıqlayıb

Dan Yankunun Azərbaycandakı diplomatik missiyasını başa vurmaqdadır

Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycandakı səfir vəzifəsinə namizədi nəzərdən keçirilməsi üçün ölkə parlamentinə təqdim edib.

“Report” xəbər verir ki, yeni səfir namizədi 2014-cü ildən 2020-ci ilədək Rumıniyanın Rusiyadakı diplomatik nümayəndəliyinə rəhbərlik edən Vasile Soaredir.

Ümumilikdə Rumıniya parlamentinə baxılması üçün 26 səfir namizədin adı göndərilib.

Daha əvvəl Rumıniya səfiri Dan Yankunun Azərbaycandakı diplomatik missiyasını başa vurmaqda olduğu bildirilmişdi. O, 2016-cı ilin oktyabrından bəri Rumıniyanın ölkəmizdəki diplomatik nümayəndəliyinə rəhbərlik edirdi.

AzNews.az