Polis hadisə ilə bağlı araşdırma aparır Polis hadisə ilə bağlı araşdırma aparır
  • Qərb
  • 20 İyun 2021 15:27
  •  5 948

ABŞ-da bir gündə iki silahlı insident: ölənlər var

Polis hadisə ilə bağlı araşdırma aparır

Şənbə günü ABŞ-ın Filadelfiya şəhərində baş verən iki atışma hadisəsi zamanı iki nəfər ölüb, dörd nəfər yaralanıb.

AzNews.az bildirir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, birinci hadisə yerli vaxtla saat 14:30-da olub. Hadisə yerinə gələn polislər iki kişini və üçyaşlı uşağı yaralı vəziyyətdə tapıblar. Kişilər xəstəxanada həlak olub, uşağın vəziyyəti sabitdir.

İkinci hadisə isə yerli vaxtla saat 19:30-da olub. Atışma nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti sabitdir.

Polis hadisə ilə bağlı araşdırma aparır.