“Bu onunla izah oluna bilər ki, hazırda Böyük Britaniyada yoluxanlar yeni mutasiyaya yoluxub" “Bu onunla izah oluna bilər ki, hazırda Böyük Britaniyada yoluxanlar yeni mutasiyaya yoluxub"
  • Qərb
  • 7 İyul 2021 22:38
  •  9 992

İngiltərədə 2 dəfə vaksin olunanlar arasında koviddən ölüm ARTIR

“Bu onunla izah oluna bilər ki, hazırda Böyük Britaniyada yoluxanlar yeni mutasiyaya yoluxub"

Son bir ayda İngiltərədə koviddən ölənlərin yarıdan çoxu 2 dəfə iki doz vaksin olunanlar idi. Hazırda ölkədə delta variantı hökm sürür.

Aznews.az xəbər verir ki, İngiltərədə vaksinasiyasının efekti şübhə altına alınır. Bu barədə alman nəşri Süddeutsche Zeitung yazıb.

“Ötən həftə ölən 118 nəfərdən 50-si tam dozalarda vaksin olunmuşdu” – Public Health England məlumat verib.

“Bu onunla izah oluna bilər ki, hazırda Böyük Britaniyada yoluxanlar yeni mutasiyaya yoluxub.

“Ölkənin yarıdan çoxu peyvənd olunduğu üçün təbii ki, indiki dönəmdə yoluxanlar və ölənlərin arasında peyvənd olunmuşlar olacaq. Təsəvvür edin ki, ölkədə 100% vaksinasiya aparılıb. Deməli, yoluxanlar, ölənlər də 100% peyvənd olunmuşlar olmalıdır.

Lakin ona diqqət yetirilməlidir ki, yoluxma və ölüm, xəstələrin ağırlaşması əvvəlki dalğalara nisbətən daha azdır. Bundan sonra koronavirusdan ölüm səviyyəsi daha aşağı olacaq”- deyə səhiyyə rəsmiləri bildirir.

Artıq məlumdur ki, koronavirusun müxtəlif ştamları ilə yoluxmaq mümkündür, hətta vaksin olunsa belə bundan 100% qorunmaq mümkün deyil.

Vaksinlərin effektivliyi 65-95% aralığında dəyişir. Virusa yoluxma özünü adi boğaz qıcıqlanmasından tutmuş pnevmoniyaya kimi göstərə bilər. Peyvəndlər 90% insnaları xəstəliyin ağır formalarından qoruyur./medicina.az