Uşaqlar arasında az rast gəlinən tənəffüs sinsitial virusuna kütləvi yoluxma halları müşahidə olunub Uşaqlar arasında az rast gəlinən tənəffüs sinsitial virusuna kütləvi yoluxma halları müşahidə olunub
  • Qərb
  • 19 Sentyabr 2021 19:36
  •  7 060

Uşaqlar RSV virusuna kütləvi yoluxmağa başlayıb

Uşaqlar arasında az rast gəlinən tənəffüs sinsitial virusuna kütləvi yoluxma halları müşahidə olunub

ABŞ, İsveçrə, Yaponiya və Böyük Britaniyada həkimlər uşaqlar arasında az tanınan tənəffüs sinsitial virusu ilə kütləvi yoluxma hallarını qeyd ediblər.

Aznews.az xəbər verir ki, ABŞ-da Nyu-York xəstəxanalarının birində uşaq yoluxucu xəstəliklər şöbəsinin müdiri Rabia Ağa bildirib ki, uşaqların yeni bir virusa yoluxma halları, aprel ayında tənəffüs sinsitial viruslarının yayılmasına təsir edən COVID-19 pandemiyası fonunda baş verib. Karantin tədbirləri səbəbindən uşaqlarda virusa qarşı immunitet yaranmayıb.

Körpələr və uşaqlar arasında RSV virusuna yoluxma hallarının artması koronavirus tədbirlərinin zəifləməsindən sonra baş verib.