Nyu-York ştatının Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılma mərasimi keçirilib Nyu-York ştatının Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılma mərasimi keçirilib
  • Qərb
  • 4 Dekabr 2021 14:10
  •  4 870

ABŞ Milad bayramına hazırlaşır

Nyu-York ştatının Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılma mərasimi keçirilib

ABŞ-ın Nyu-York ştatının simvollarından biri hesab olunan Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılma mərasimi keçirilib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, artıq 89 ildir yeni il ərəfəsində keçirilən ənənəvi şounu izləmək üçün milyonlarla insan Manhetten adasına axın edir. 50 mindən çox rəngli led işıqlarla bəzədilən məşhur Milad ağacının üstü həm də “Swarovski” kristalı ilə örtülüb.

Keçənilki mərasim koronavirus pandemiyası səbəbindən ictimaiyyətə bağlandıqdan sonra bu il Rokfeller Mərkəzindəki Milad ağacının bütün parıltısı möhtəşəm bir təqdimatla yenidən geri qayıdıb. Milad ağacının işıqları Nyu-York küçələrinə göz oxşayan ab-hava gətirib. Rokfeller Mərkəzinin ətrafındakı mağazaların da vitrinləri çilçıraqlarla bəzədilib və rəngarəng işıqlar şəhərə xüsusi gözəllik verir. Milad ağacı yeni ilə qədər hər gün saat 17:00-dan gecə 12:00-dək, 31 dekabr - Yeni il günü isə 24 saat boyunca işıqlandırılacaq.

Qeyd edək ki, Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılması ənənəsi Nyu-Yorkda 1931-ci ildə başlanıb. O zaman Rokfeller Mərkəzini inşa edən fəhlələr maaşlarının bir hissəsini toplayaraq aldıqları yolkanı əl işləri olan çələnglər və parlaq iplərlə bəzəyərdi. Həmin tarixdən bu yana mərkəzin qarşısında yeddimərtəbəli bir ev ilə eyni hündürlükdə olan bir Milad ağacını bəzəmək xoş bir ənənəyə çevrilib. Milad ağacını yaxından görmək üçün hər il milyonlarla insan yolunu Nyu-Yorkdan salır.