• Qərb
  • 7 Dekabr 2021 13:37
  •  3 852

Bu ölkə Pekin Olimpiadasını diplomatik boykot edib

Çinin uyğurlara qarşı mövqeyinə görə

Ağ Ev Çinin Sincan Uyğur Muxtar Rayonunda və digər bölgələrində insan haqları pozuntularına görə Pekin Qış Olimpiya Oyunlarını diplomatik şəkildə boykot edəcəyini açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

O bildirib ki, olimpiadaya gedəcək ABŞ idmançılarını tam dəstəkləyirlər, ancaq ABŞ insan haqlarını qorumaq üçün böyük öhdəlik daşıyır.

Psaki ABŞ-ın Pekin Olimpiadasına qarşı bu boykotunun diplomatik müstəvidə olduğunu, idmançılara təsir etməyəcəyini və bunun Çinin insan haqları pozuntularına qarşı sərt mesaj olduğunu vurğulayıb.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək.

Şəbnəm Zahir