• Qərb
  • 7 Dekabr 2021 23:59
  •  2 294

Britaniyada son sutkada koronavirusdan 180 nəfər həyatını itirib

Koronavirusdan ölənlərin ümumi sayı isə 145 826 nəfərə çatıb

Böyük Britaniyada son sutka ərzində 45 691 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 560 341 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 180 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 145 826 nəfərə çatıb.