• Qərb
  • 12 İyul 22:58
  •  1 789

Zelenski Kiyevdə Polşa müdafiə naziri ilə görüşüb

Prezident əmin olduğunu bildirib ki, gələcəkdə də Ukrayna ilə Polşa arasında münasibətlər inkişaf edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.

"Prezident əmin olduğunu bildirib ki, gələcəkdə də sülh dövründə Ukrayna ilə Polşa arasında münasibətlər inkişaf edəcək və ölkələr daha da yaxınlaşacaq. Dövlət başçısı həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmlənəcəyinə əmindir",- deyə məlumatda bildirilib.