“Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub" “Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub"
  • Qərb
  • 6 Avqust 2022 21:19
  •  7 451

ABŞ prezidenti koronavirusdan sağalıb

“Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub"

ABŞ Prezidenti Cozef Bayden koronavirusdan sağalıb.

Bu barədə Aznews.az Ağ Evin tviter hesabına istinadən xəbər verir.

“Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub. Doktor Kevin O Konnordan Prezidentə yenilik”, - paylaşımda bildirilir.

Qeyd edək ki, artıq bir neçə gün idi ki, Baydenin koronavirus testinin nəticəsi müsbət çıxırdı. ABŞ Prezidentinin növbəti koronavirus testinin nəticəsi dünən açıqlanmışdı. ABŞ administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxmışdı. O, bildirmişdi ki, ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm üzrə birinci yerdədir.