S-300 kompleksləri məhv edilib S-300 kompleksləri məhv edilib
  • Qərb
  • 16 Oktyabr 2022 15:36
  •  5 831

Ukrayna ordusu Zaporojyedə Rusiyanın mövqelərinə zərbələr endirib

S-300 kompleksləri məhv edilib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.

Aznews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, silah-sursat anbarları, eləcə də S-300 kompleksləri sıradan çıxarılıb.

Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi məhv edilib, sursat anbarı dağıdılıb və 20-dən çox hərbçi yaralanıb. Tokmakda 10 hərbi texnika vurulub, 40-a qədər hərbçi xəsarət alıb. Kamenets-Dneprovskayada 7 hərbi texnika məhv edilib, düşmənin 40-a yaxın hərbçisi yaralanıb. Orexov, Horse Rozdory və Tokmak yaşayış məntəqələri ərazilərində 100-ə yaxın hərbçi zərərsizləşdirilib.