• Qərb
  • 3 Fevral 2023 11:23
  •  5 100

ABŞ: Şimali Koreya ilə danışıqlara hazırıq, lakin onlar istəmirlər

"Biz dəfələrlə Şimali Koreya ilə danışıqlara hazır olduğumuzu açıq şəkildə bildirmişik".

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti Şimali Koreyanın total müharibə sözlərindən sonra verdiyi açıqlamada bildirilir.

"Lakin Şimali Koreya birmənalı şəkildə dəfələrlə bəyan edib ki, hazırda belə bir öhdəliyi götürmək istəmir", - deyə əlavə edilib.

Xatırladaq ki, Şimali Koreya nüvə silahı da daxil olmaqla, total müharibə prinsipi çərçivəsində ABŞ-nin mümkün hərbi əməliyyatına cavab verəcəyini bəyan edib.

Pərvanə