• Qərb
  • 15 Sentyabr 2023 17:48
  •  4 704

Almaniyanın xarici işlər naziri Si Cinpini diktator adlandırıb

Almaniyanın xarici işlər naziri Annalena Burbok Çin prezidenti Si Cinpini diktator adlandırıb.

Aznews.az xəbər verir ki, bu barədə Burbok Fox News- a verdiyi müsahibə zamanı bildirib.

Aparıcı XİN rəhbərindən Ukrayna münaqişəsinin sonunu necə gördüyünü soruşub. Burbok: "Ukrayna qalib gəlməlidir, əks halda Rusiyanın qələbəsi “dünyanın diktatorları üçün, məsələn, Çin Xalq Respublikasının sədri üçün bir əlamətə” çevriləcək",-deyə qeyd edib.

Hazırda Burbok ABŞ-də işgüzar səfərdədir.

Qeyd edək ki, Çin və Almaniya bir-birinin mühüm ticarət tərəfdaşıdır. İxrac yönümlü ölkə kimi Almaniya Çinin alman məhsullarına olan tələbatından çox asılıdır. .

Buna baxmayaraq, Almaniya tez-tez dünyanı Çinlə mübarizəyə çağırır. Belə ki, avqustun 22-də Annalena Burbok bildirib ki, Çinin siyasəti getdikcə aqressivləşir və bu, Avstraliya və digər Sakit okean ölkələrinin Almaniya ilə əməkdaşlığa başlamasının vacibliyini vurğulayır.

Mövsüm