• Qərb
  • 6 Dekabr 2023 19:45
  •  3 751

O’Brayn: "Prezident İlham Əliyevlə konstruktiv söhbət apardıq"

ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ilk konstruktiv söhbət apardıq.

Aznews.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn "X" hesabında yazıb.

"Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq",- deyə o əlavə edib.

image description