• Qərb
  • 22 Fevral 22:20
  •  3 323

Zelenski və Mişel Ukraynaya maliyyə və hərbi yardımı müzakirə ediblər

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Mişel sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Zelenski ilə telefon danışığı Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ildönümünə həsr olunub. Eyni zamanda, tərəflə Krım yarımadasının işğalının 10-cu ildönümünü də müzakirə ediblər.

“Mən Aİ-nin Ukraynaya lazım olan qədər qatı maliyyə və hərbi dəstəyini bir daha təsdiqlədim. Rusiya Ukraynada demokratiya alovunu heç vaxt söndürə bilməyəcək. Ukraynanın müqəddəratı Aİ-dədir”, – avropalı siyasətçi vurğulayıb.