- Toplum
- 09:00
- 2 274
İnsan alveri ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum oldu
İnsan alveri ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum olub.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ında qeyd edilib.
Qeyd edilib ki, keçən il məhkəmələr tərəfindən 2-i keçmiş illərdən olmaqla 4-ü kişi, 10-u qadın olmaqla, 14 insan alverçisi (onlardan 3-ü şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onlardan 3-ü şərti azadlıqdan məhrum olunub.
İnsan alveri (15), seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 (sabit) insan alverçisi tutulub.