• Qərb
  • 11 Mart 12:53
  •  2 655

Stefan Sejournet Rusiya ilə “güclər balansı dilində” danışmağa çağırıb

Fransa Avropa İttifaqında (Aİ) “ Ukraynaya dəstəyin artmasına” nail olmaq və Rusiyaya Aİ ölkələrinin bu məsələdə tam birlik nümayiş etdirdiyinə dair “güclü siqnal” vermək istəyir.

Bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournet deyib.

O qeyd edib ki, Avropa ölkələri Ukraynanı dəstəkləmək üçün daha çox səy göstərməli və “Rusiya Federasiyası ilə eyni dildə – güclər balansının dili”ndə danışmalıdır.

Nazir xatırladıb ki, Fransa da daxil olmaqla, yeddi ölkə artıq Ukrayna ilə təhlükəsizlik zəmanəti ilə bağlı ikitərəfli sazişlər imzalayıb.

Mövsüm

Aznews.az