• Qərb
  • 11 Mart 13:29
  •  2 933

Annalena Burbok “Taurus” raketlərinin Ukraynaya veriləcəyini istisna etmir

Almaniya kansleri Olaf Şolz Kiyevi birbaşa bu silah sistemi ilə təmin etməkdən ardıcıl imtina etməsinə baxmayaraq, Almaniya Kiyevi yeni uzaqmənzilli raketlərlə təmin etmək üçün Böyük Britaniya ilə Taurus raketlərinin mübadiləsinə razılaşa bilər.

Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Burbok qeyd edib.

“Silah mübadiləsi, belə demək mümkünsə, alman ixtirasıdır”, - baş diplomat ARD TV-nin verilişində deyib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron martın 9-da Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə bildirib ki, London Kiyevə “Taurus” raketlərinin mümkün tədarükü ilə bağlı məsələlərin həllində Berlinə kömək etməyə hazırdır. Londonun Almaniyadan “Taurus” raketləri müqabilində Kiyevə “Storm Shadow” raketlərini ötürə biləcəyi “mübadilə”nin müzakirə edilib-edilməməsi ilə bağlı suala Kameron bildirib ki, ölkə Ukraynaya təsirini maksimum dərəcədə artırmaq üçün bütün variantları nəzərdən keçirməyə hazırdır.

Mövsüm