• Qərb
  • 11 Mart 18:00
  •  3 115

Tramp: "Facebook" xalqın və bir çox medianın düşmənidir

“Facebook” sosial şəbəkəsi insanlar və bir çox KİV üçün təhlükədir.

Bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp məlumat verib.

“"TikTok" olmadan "Facebook"-u daha da böyüdəcəyinizdən xoşum gəlmir və məncə "Facebook" xalqın düşmənidir. Düşünürəm ki, "Facebook" ölkəmizə çox zərər vurub, xüsusən də söhbət seçkilərdən gedir”,- deyə o, "CNBC" telekanalına müsahibəsində bildirib.

Tramp həmçinin vurğulayıb ki, "TikTok" həqiqətən də ABŞ-nin milli təhlükəsizliyinə təhdiddir, lakin bu sosial şəbəkədə çoxlu xeyirli şeylər də var.

Mövsüm

Aznews.az