• Qərb
  • 12 Mart 13:32
  •  3 131

Fransada dövlət qurumlarına kiberhücumlar edilib

Fransada Nazirlik ofisindən verilən açıqlamada 10 martdan etibarən bəzi dövlət qurumlarının kiberhücumların hədəfinə çevrildiyi bildirilib.

Açıqlamada, “oxşar texniki vasitələrdən istifadə etməklə” həyata keçirilən hücumların “görünməmiş intensivlikdə” olduğu bildirilib.

Açıqlamada bu hücumların zərərsizləşdirilməsi üçün əks tədbirlərin aktivləşdirildiyi, bir çox saytın təmir edildiyi bildirilib.

Digər tərəfdən, nazirliklərarası Rəqəmsal Müdirliyə (DINUM) və Milli İnformasiya Sistemləri Təhlükəsizliyi İnstitutuna (ANSSI) bağlı qrupların hücumlar tamamilə zərərsizləşdirilənə qədər filtrasiya işləri üçün səfərbər edildiyi açıqlanıb.

Hücumdan zərər çəkən qurumlar arasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekoloji Keçid Nazirliyi, Baş Nazirlik və Mülki Aviasiya Baş İdarəsi olduğu bildirilib.

Baş nazirlik açıqlaması hücumları kimin həyata keçirdiyi barədə məlumat verməsə də, "Le Figaro" qəzeti Teleqram vasitəsilə hücumlara görə məsuliyyəti "Anonim Sudan" adlı haker qrupunun üzərinə götürdüyünü açıqlayıb.

Mövsüm

Aznews.az