• Qərb
  • 13 Mart 17:39
  •  3 211

Avropa Parlamenti media üzərində nəzarəti gücləndirən qanunu təsdiqləyib

Avropa Parlamentində deputatlar səs çoxluğu ilə Avropa Komissiyasına (AK) assosiasiyaya üzv dövlətlərin media məkanına müdaxilə etmək üçün əlavə səlahiyyətlər verən Avropa İttifaqında (Aİ) media azadlığı haqqında qanunu təsdiqləyiblər.

Səsvermə AP-nin saytında yayımlanıb.

Qanunun qəbulunun lehinə 464 deputat, əleyhinə 92 deputat səs verib, daha 65 deputat bitərəf qalıb.

Yeni qanun Aİ-də media komitəsinin yaradılmasını nəzərdə tutur. Bu, birliyin hər bir ölkəsində ümumavropa qaydalarının icrasına nəzarət etməli olan ümumavropa nəzarət orqanıdır. Beləliklə, ümumi qaydaların tətbiq ediləcəyi vahid Aİ media bazarının nəzərdən keçirilməsi təklif olunur.

Mövsüm

Aznews.az