• Qərb
  • 14 Mart 17:29
  •  3 105

İspaniyada fermerlər etiraz aksiyası zamanı Malaqada küçəyə limon atıblar

İspaniyanın Malaqa şəhərində fermerlər ölkənin və Avropa Birliyinin (AB) mövcud kənd təsərrüfatı siyasətlərinə etiraz edərək, bu prosesdə çoxlu limonları yola atıblar.

Bu barədə yerli "Diario Sur" qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, aksiya çərçivəsində İspaniya hökumətinin nümayəndəliyi qarşısında toplaşan 200-ə yaxın fermer, həmçinin səkkiz traktorun köməyi ilə küçələrdən birini bağlayıb. Jurnalistlərlə söhbətində etirazçılar haqsız rəqabətdən, daha az sərt fitosanitar tələblərə cavab verən xarici məhsulların idxalından, quraqlıq probleminin həll edilməməsindən narazılıqlarını bildiriblər.

Mövsüm

Aznews.az