• Qərb
  • 8 Aprel 15:01
  •  2 479

Şolz "TikTok" hesabı açıb

Almaniya kansleri Olaf Şolz TikTok sosial şəbəkəsində hesab qeydiyyatdan keçirib.

Bu barədə Almaniya Federal Hökumətinin Mətbuat və İnformasiya İdarəsi öz saytında məlumat yayıb.

“Yeni kanalla federal hökumətin mətbuat ofisi getdikcə daha çox TikTok-da siyasət öyrənən və məlumat paylaşan vətəndaşlara öz məlumat dairəsini genişləndirir”, - deyə məlumatda bildirilir.

Hesab Şolz və Almaniya hökumətinin işi haqqında məlumat verəcək və həmçinin "gündəlik hökumət həyatının pərdəarxasına nəzər salmağa imkan verəcək".

Mövsüm

Aznews.az