• Qərb
  • 9 Aprel 12:38
  •  2 629

Makron Serbiyanı xarici siyasət qərarlarını Aİ ilə yaxından əlaqələndirməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron Serbiyanı xarici siyasət qərarlarını Avropa İttifaqı (Aİ) ilə daha yaxşı əlaqələndirməyə çağırıb.

O, bu barədə Yelisey sarayının X sosial şəbəkəsində yayımladığı Serbiya lideri Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında bildirib.

Makronun fikrincə, Serbiya gələcəyinin Avropa İttifaqından başqa yerdə olmadığına şübhə etməməlidir.

“Heç bir şey seçilmiş demokratik yola şübhə etməməlidir. Serbiya azadlıq və qanunun aliliyi istiqamətində strateji seçim etməyə hazırdır və buna görə də öhdəliklərimizi yerinə yetirmək üçün əl-ələ verərək irəliləməliyik. Serbiyanın bu seçimi həyata keçirməyə davam etməsi, xüsusən də xarici siyasət qərarlarımızı daha diqqətlə əlaqələndirməsi vacibdir”, - Fransa lideri bildirib.

Mövsüm

Aznews.az