• Qərb
  • 16 Aprel 16:49
  •  1 488

Almaniyada iki sərnişin qatarının toqquşması nəticəsində bir nəfər xəsarət alıb

Vormsda (Almaniya) dəmir yolu vağzalında iki sərnişin qatarı toqquşub, onlardan birinin maşinisti xəsarət alıb.

Bu barədə "Welt" telekanalı məlumat yayıb.

"Vormsdakı əsas stansiyada manevr əməliyyatı zamanı manevr qatarı ICE qatarı (Şəhərlərarası Yüksək Sürətli Qatar. - Red.) ilə toqquşub", - xəbərdə deyilir.

Qəzada 520 sərnişindən heç birinin xəsarət almadığı bildirilib. Xəsarət alan qatar maşinistinə bütün lazımi tibbi yardım göstərilib.

Mövsüm

Aznews.az