• Qərb
  • 22 Aprel 13:55
  •  2 026

Polşa ABŞ-nin nüvə silahlarını öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib

Polşa hakimiyyəti NATO tərəfindən belə bir qərar veriləcəyi təqdirdə, Amerika nüvə silahını ölkə ərazisində yerləşdirməyə hazırdır.

Prezident Anjey Duda bu barədə "Fakt" -a müsahibəsində bildirib.

“Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün bizim ərazimizdə də nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq”-deyə Duda qeyd edib.

O, əlavə edib ki, Polşa Şimali Atlantika Alyansının müttəfiqi kimi blokla ümumi siyasət həyata keçirir və nüvə silahının yerləşdirilməsi onun tərkib hissəsidir.

O, həmçinin qeyd edib ki, Amerika nüvə silahlarının Polşada yerləşdirilməsi ilə bağlı bu mövzu bir müddətdir ki, ölkə hakimiyyəti tərəfindən ABŞ- dən olan həmkarları ilə müzakirə olunur.

Mövsüm

Aznews.az