• Qərb
  • 23 Aprel 22:59
  •  2 430

Sunak İngiltərə sənayesinin müharibə rejiminə keçdiyini açıqladı

Böyük Britaniya müdafiə xərclərini 2030-cu ilə qədər ümumi daxili məhsulun (ÜDM) 2,5%-nə qədər artıraraq, müdafiə sənayesini müharibə rejiminə keçirərək 87 milyard funt-sterlinqə çatdıracaq.

"İnteria" portalı xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak 1-ci Varşava Zirehli Briqadasının qərargahında NATO rəhbəri Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib.

"Növbəti altı il ərzində biz öz müdafiəmizə əlavə pul yatıracağıq və bunların hamısı heç bir borc olmadan maliyyələşdiriləcək", - Britaniyanın baş naziri bildirib.

O bildirib ki, Qərbin düşmənləri bir-birinə yaxınlaşdıqca, Qərb ölkələri öz maraqlarını və dəyərlərini qorumaq üçün daha çox işlər görməlidir.

Mövsüm

Aznews.az