• Qərb
  • 23 Aprel 23:08
  •  2 651

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur

Şimali Atlantika Alyansının Polşa ərazisində ABŞ nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə mətbuat konfransında bildirib.

"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya hər hansı bir NATO ölkəsində hər hansı bir qüvvə yerləşdirmək planları yoxdur",-deyə Yens Stoltenberq bildirib.

Mövsüm

Aznews.az