• Qərb
  • 24 Aprel 20:59
  •  2 480

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb, hadisə ilə əlaqədar 1 nəfər saxlanılıb.

İngilis mətbuatında yer alan xəbərə görə, Uelsdəki "Ysgol Dyffryn Amman" məktəbinə (Amman şəhər məktəbi) bıçaqlı hücum xəbəri üzərinə çox sayda polis və ilk yardım qrupu hadisə yerinə gedib.

İki təcili yardım helikopterinin hazır vəziyyətdə saxlanıldığı hadisədən sonra bir çox valideyn sosial şəbəkələrdə məktəbin giriş-çıxışlarının bağlandığı barədə mesajlar paylaşıb.

Mövsüm

Aznews.az