Ermənistan XİN başçısı Macarıstana səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Səfər zamanı o, Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşəcək.

Danışıqlardan sonra A.Mirzoyan və P.Siyarto birgə mətbuat konfransı keçirəcəklər. (report)