• Qərb
  • 15 May 13:57
  •  2 419

"Reuters": Trampın təyyarəsi başqa bir təyyarə ilə toqquşub

ABŞ-nin Florida ştatındakı "West Palm Beach" beynəlxalq hava limanında ABŞ-nin keçmiş prezidenti Donald Trampın “Boeing 757” təyyarəsi digər təyyarə ilə toqquşub.

"Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, insident bazar günü, mayın 12-nə keçən gecə beynəlxalq hava limanının ucqar hissəsində baş verib. Trampın Boeing 757 təyyarəsi park edilmiş biznes təyyarəsinin qanadına çırpılıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) toqquşmanı təsdiqləsə də, açıqlamasında təyyarənin Trampa məxsus olduğunu qeyd etməyib. Baş verənlərlə bağlı araşdırma aparılır.

Mövsüm

Aznews.az